Burada siz bir çox sualınıza cavab tapa bilərsiniz. Əlavə bir sual yaranarsa bizə müraciət edin.
Bəyan etmə haqqında
Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Starex şəxsi kabinetinizdə bəyannamə sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən yaradılır və sizə mail, sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız bəyannamənizdəki “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız.
Amerika və Çindən sifariş zamanı sifariş daxili kargoya verildiyi gündən xarici anbara çatdırıldığı günədək mütləq şəkildə həmin bağlamaya əsasən saytımızda bəyannamə yaradılmalıdır. Bəyannamə yaratmadılmadığı halda sifariş xarici anbara daxil olduğu zaman əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır. Sizə mail və sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra yalnız bəyannamədə “Məhsulun tipi” və “Məhsulun qiyməti” bölmələrini doldurmalısınız
Bəyannaməni Amerikadan və Çindən sifariş etdiyiniz bağlamanız mağaza tərəfindən kargoya verildikdən sonra əlavə etməlisiniz.
Mağaza – sifarişi hansı mağazadan etmisinizsə (sifariş hansı mağaza tərəfindən göndərilirsə) həmin mağazanın adını qeyd edirsiniz.
Məhsulun tipi – sifariş etdiyiniz məhsulun növünü qeyd edirsiniz.
Miqdar – bəyan etdiyiniz bağlamanın daxilində neçə ədəd məhsul olduğunu qeyd edirsiniz.
Məhsulun qiyməti – bəyan etdiyiniz bağlamanın ümumi qiymətini qeyd edirsiniz.
Sənəd – elektron poçt ünvanınıza sifarişinizin mağaza tərəfindən təsdiq edildiyinə dair göndərilən sənədi (faktura) PNG və PDF formatından biri şəklində daxil etməlisiniz.
Mağazanın izləmə kodu – mağaza tərəfindən sifariş(lər)iniz yola çıxması ilə bağlı göndərilən bildirişdə qeyd edilən “tracking number” məlumatını mütləq şəkildə əlavə etməlisiniz.
“Həvalə et”xidməti ilə göndərdiyiniz sifarişlər təsdiqləndikdən sonra əməkdaşlarımız bağlamalarınız üçün bəyannamə formalaşdırırlar. Bu bəyannamələr ilk öncə “Öncədən bəyan et” bölməsində qeyd edilir. Bağlamanız xarici anbara daxil olduqdan sonra bağlamanız “Xarici anbardadır” statusuna keçir.
Bəyannamə məhsulunuzun ölkə xaricindən çatdırılması üçün zəruri olan elektron sənəddir. Amerika və Çin saytlardan aldığınız məhsulların hər hansı çətinlik olmadan ölkəmizə çatırılması və gömrük sisteminə əlavə olunması üçün bəyannamə yaratmağınız çox vacibdir.
Ucuz Kargo şəxsi kabinetinizdən “Bəyannamə əlavə et” düyməsini sıxaraq müvafiq ölkə seçiminə uyğun bəyannamə əlavə edə bilərsiniz.
Türkiyə saytlarından sifariş edərkən bəyannamə əməkdaşlarımız tərəfindən yaradılır.
Balans haqqında
Balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala bilərsiniz. Bunun üçün saytımızda “Onlayn müraciət et” bölməsinə daxil olursunuz və “Balansla bağlı” başlığı altında kartınıza geri qaytarılmalı olan məbləği və kartınızın son 4 rəqəmini qeyd edirsiniz. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 5-7 iş günü ərzində ödəniş etdiyiniz karta geri qaytarılır.
E-manat və Milliön terminalı vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə məbləği ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.
Starex balansınızı həm nağd, həm də onlayn şəkildə artıra bilərsiniz. Saytımız və mobil tətbiqlərimizə daxil olaraq onlayn ödənişlə balans artırmaq mümkündür. E-manat və Milliön terminalları vasitəsilə və ya ofislərimizə yaxınlaşaraq həm TRY, həm də USD balansınızı nağd şəkildə artıra bilərsiniz.
Çatdırılma haqqında
Ümumilikdə Türkiyədən olan sifarişlər həftədə 7 dəfə olmaqla ölkəmizə yola düşür və ən qısa müddətdə yerli anbarımızda olur. Bağlamanın Türkiyə ofisimizdə sistemə əlavə edildikdən sonra yerli anbarımıza çatdırılma müddəti əsasən 3-5 gün təşkil edir.
Satıcı mağazaların bizim Türkiyə ofisimizə çatdırılma müddəti mağazadan, məhsulun təmin edilmə müddətindən asılı olaraq dəyişir.
Sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra təyin edilmiş çatdırılma müddəti ərzində daxili karqo şirkəti və ya poçt xidməti vasitəsilə xaricdəki ünvanlarım bölməsində qeyd edilən ünvana çatdırılaraq daşıma şərtlərinə uyğun olaraq səlahiyyətli şəxsə təhvil verilir. Sifarişin çatdırılması çatdırılma edən karqo şirkətinin bazasında təhvil alanın elektron imzasıyla təsdiqlənir və çatdırılma bununla tamamlanır.
Xarici anbarımıza daxil olan hər bir bağlama ayrılıqda fiziki çəkisinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək müvafiq ölkələr üzrə tariflərə nəzər yetirə bilərsiniz.
01.02.2022 tarixindən etibarən Türkiyədən gələn bağlamaların uzunluğu 60 sm-dən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.
Qeyd edək ki, qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır.
Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000
Ofis/anbar
Bəli, sizin şəxsiyyət vəsiqənizlə (vəsiqənizin şəkli ilə də mümkündür) müştəri kodunuzu təqdim edərək başqa biri bağlamanızı təhvil ala bilər.
Ümumilikdə Türkiyədən olan sifarişlər həftədə 7 dəfə olmaqla ölkəmizə yola düşür və ən qısa müddətdə yerli anbarımızda olur. Bağlamanın Türkiyə ofisimizdə sistemə əlavə edildikdən sonra yerli anbarımıza çatdırılma müddəti əsasən 3-5 gün təşkil edir.
Satıcı mağazaların bizim Türkiyə ofisimizə çatdırılma müddəti mağazadan, məhsulun təmin edilmə müddətindən asılı olaraq dəyişir.
Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN dəbbə pulu hesablanacaq. 45 gündən artıq yerli anbarda qalan məhsul üçün qərar Ucuz Kargo MMC-yə məxsus olacaqdır.
Bütün filiallarımız, həftə içi altı gün, 10:00 – 19:00 arası fəaliyyət göstərir.
Gömrük haqqında
Exkargoda şəxsi kabinetinizə daxil olaraq cari təqvim ayı üçün limitinizi izləyə bilərsiniz. Ucuz Kargo şəxsi kabinetinizdə yalnız Ucuz Kargo vasitəsilə ölkəyə gətirilən bağlamalara əsasən limitinizi izləyə bilirsiniz. Qeyd edək ki, əvvəl bu limit son 30 gün ərzində hesablanırdısa, yeni qaydaya əsasən cari ay üçün hesablanır. Yəni, siz 1 təqvim ayı müddətində (məsələn, noyabr) 300 ABŞ dolları məbləğini keçməmək şərti ilə istədiyiniz qədər bağlama gətirə bilərsiniz.
Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlamalarınız üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu əldə edirsiniz. Daha sonra, bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilərsiniz. Xatırladaq ki, Şəxsi istifadə limitini (300$) keçdikdə, gömrük orqanı məhsulunuzun kommersiya məqsədli olduğu qənəatinə gəldikdə və ya qadağan olunmuş məhsul olduqda həmin bağlamalar gömrük orqanı tərəfindən saxlanılır. Bununla bərabər bağlamanız gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir. Rüsumun maksimum həddi 36% təşkil edir.
Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN dəbbə pulu hesablanacaq. 45 gündən artıq yerli anbarda qalan məhsul üçün qərar Ucuz Kargo MMC-yə məxsus olacaqdır.
Aylıq limit hesablanarkən sizin həmin ay ərzində gömrük sisteminə əlavə olunan bağlamalarınız nəzərə alınır. Aylıq limiti hesablamaq üçün həm bağlamanın içərisindəki məhsulların qiyməti, həm də çatdırılma qiyməti cəmlənir.
Onlayn müraciət
Araşdırma müddəti əsasən 15 iş gününü əhatə edir. Satıcı firmalara göndərdiyimiz müraciətlər bəzən çox gec cavablandığı üçün bəzən bu müddət bir qədər uzana bilir.
Müştərilərimiz bizə müraciət etdiyi andan etibarən satıcı mağaza ilə əlaqə saxlayıb işləm başladırıq. Satıcı mağaza tərəfindən ilkin mərhələdə 7 iş günü ərzində məlumat veriləcəyi bildirilir. Sorğuya əsasən bu müddət bir qədər uzana bilir.
“Onlayn müraciət et” bölməsindən qəbul edilən bütün sorğuları 2 iş günü ərzində cavablayırıq. Sorğunuzu cavabladıqda sizə mail vasitəsilə bildiriş göndərilir. Cavabı “Müraciətlər” bölməsindən izləyə bilirsiniz.
Kuryer
Saat 08:00-dan sonra yaradılan bütün kuryer sifarişləri növbəti iş günü (maksimum 2 iş günü ərzində) çatdırılır.
Bəli, mümkündür. Çatdırılma və kuryer ödənişlərini həm nağd şəkildə, həm də usd balansınızı artıraraq onlayn şəkildə ödəyə bilərsiniz.
Ən çox kuryer sifariş edilən ərazilər üçün kuryer tarifimiz 2 azn təşkil edir. Nəzərinizə çatdıraq ki, 2-ci bağlamadan etibarən hər bağlama üçün çatdırılma ödənişinə 1 AZN əlavə edilir.
Ətraflı məlumatı starex.az saytında “Tariflər“ bölməsinə daxil olaraq əldə edə bilərsiniz.